"Yapı Kredi Bank Azərbaycan"dan 10 milyon manat xalis mənfəət
“Yapı Kredi Bank Azərbaycan” QSC 2023-cü ilin 9ayı (yanvar-sentyabr) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artaraq 10 milyon manat təşkil edib.
Bank faiz və qeyri-faiz gəlirlərini artırmağa müvəffəq olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 47.3% artaraq 27.3 milyon manat, qeyri-faiz gəlirləri 21.8% artaraq 16,3 milyon manat təşkil edib. Ümumilikdə, xalis faiz gəliri keçən ilin analoji dövrü ilə müqayisədə 50.3 % artaraq 25.6 milyon manat olmuşdur.
Müştərilərə verilən kredit porfelinin həcmi keçən ilin sonu ilə müqayisədə 8.6% artmış və 257 milyon manat təşkil edib. Belə ki, istehlak kreditləri 32.3% artaraq 60 milyon manat, daşınmaz əmlak üzrə verilən kreditlər 35.5% artaraq 30 milyon manat olmuşdur. Biznes kreditləri isə cari ilin ikinci rübündə 167 milyon manat təşkil etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” cari ilin ikinci rübündə Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.8%, məcmu kapitalının adekvatlıq əmsalı isə 28.2% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 85.7 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)













.jpg)

