“Apple” “5G” texnologiyasının sınaqlarına başlayıb
ABŞ Federal Rabitə Komissiyası "Apple" şirkətinə "5G" texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib.
Texnologiyanı "Apple" şirkəti ilə yanaşı, "Google", "Facebook" və "Samsung" sınaqdan keçirir. Bundan başqa, "Sprint" və "T-Mobile" mobil rabitə operatorları tərəfindən ilk "5G" şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.
Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi "Apple" texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.
Bu il "5G" modulu yeni "iPhone" smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar.
"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda da 3G, 4G və digər yeni texnologiyalar tətbiq edilib, internetə ən müasir çıxış imkanları yaradılıb. Bunun nəticəsidir ki, hazırda əhalinin 78 faizi internet, onların 72 faizi isə genişzolaqlı internet istifadəçisidir.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 17 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






