Böyük Britaniyanın nüfuzlu nəşri “SOCAR CAPITAL”ı mükafatlandırdı
Cari ilin 12 oktyabr tarixində mərkəzi ofisi London şəhərində yerləşən Böyük Britaniyanın nüfuzlu “International Finance Magazine” (IFM) platforması tərəfindən maliyyə və biznes kateqoriyaları üzrə 2023-cü ilin qalibləri müəyyən edilib.
SOCAR-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, qabaqcıl şirkətlərin strateji və funksional performanslarının təhlili əsasında hər il fərqli sektorlar üzrə qaliblərin elan olunduğu platformada bu il “SOCAR Capital” MMC “Fastest Growing Corporate Bond Issuer–Azerbaijan 2023” (Ən Sürətli İnkişaf Edən Korporativ İstiqraz Emitenti–Azərbaycan 2023) nominasiyasında mükafata layiq görülüb. Beləliklə, SOCAR Capital 2024-cü ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkili ediləcək 11-ci mükafatlandırma mərasiminə dəvət olunub.
Artıq 10 ildir ki, mükafatlandırma tədbirlərini həyata keçirən IFM nəşri makro və mikro səviyyələrdə qlobal iqtisadi təhlil və araşdırmalar aparır, ölkələr və investorlar üçün orta və uzunmüddətli proqnozlar təqdim edir, eyni zamanda ekspert rəy və təkliflərindən ibarət məqalə-analitik yazılar hazırlayır.
2016-cı ildə “International Market Metrics” (Beynəlxalq Bazar Metrikləri) adlı təlim bölməsini təsis edən IFM aparıcı bazarlarda geniş bazar araşdırmaları və sektor tələblərinin təhlili əsasında korporativ təlimlər keçirir.
İndiyədək BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Mozambik, Şri-Lanka və Livanda sənaye gigiyenası, böhran kommunikasiyası, sertifikatlaşdırılmış üçüncü tərəf risklərinin idarə edilməsi, “Basel III”, bank riskləri, qaydalar və kompensasiyaların idarə edilməsi kimi mövzularda 50-dən artıq təlim keçirən IFM platforması hazırda Sakit okean hövzəsi və Afrika regionu ölkələri ilə də əməkdaşlıq təmaslarını inkişaf etdirir.
Platformanın əhatə etdiyi əsas mövzulara bankçılıq, islam maliyyəsi, aktivlərin idarə edilməsi, hedc fondları, pensiya fondları, inkişaf etməkdə olan bazarlar, daşınmaz əmlak, telekom, neft və qaz daxildir.
Qeyd edək ki, jurnalın rəsmi veb-saytı Böyük Britaniyada ən çox ziyarət edilən 10 maliyyə veb-saytından biridir.
Qaliblərin adlarının elan olunduğu müvafiq xəbərə jurnalın rəsmi veb–saytından https://awards.internationalfinance.com qeydiyyatdan keçərək, daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 26 d. sonra
- 34 d. əvvəl
-
-
44 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
1 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib






















