İstanbulda mənzil almaq üçün 27 kiloqram 200-lük əskinaz lazımdır
Yüksək inflyasiya Türk Lirəsinin (TL) dəyərini çox aşağı salıb. Dövriyyədə olan hər üç əskinasdan biri 200 lirəlik əksinas olub. Hazırda İstanbulda orta bir mənzil almaq üçün 27 kilo 200 lirəlik əskinas lazımdır.
Marja.az TÜİK məlumatlarına istinadən xəbər verir ki, 2009-cu ilin yanvarından 2023-cü ilin avqustuna qədər Türkiyədə qiymətlər 950% artıb. Yəni, o vaxt 200 lirəyə alınmış eyni malları bu gün almaq üçün 2 min lirədən çox pul lazımdır. Qiymətlərdə bu qədər dəyişikliyə baxmayaraq əskinaslar dəyişməyib. 2009-cu ilin yanvarında ən böyük əskinas 200 lirə idi. Hələ də belədir. Türkiyənin yeni qiymət səviyyəsinə uyğun əskinaslara ehtiyacı uzun müddətdir dilə gətirilir. Son vaxtlar yeni yüksək nominallı əskinasların buraxılışı zərurətə çevrilib. İş o yerə çatıb ki, lirə ilə nağd pulla ev və avtomobil kimi iri əməliyyatları həyata keçirmək artıq praktiki olaraq mümkün deyil. Əvvəllər kisələrdə pul daşımaq nadir hal idisə, indi adi haldır. Ən böyük əskinasın ən çox yayılmış əskinasa çevrilməsi bu vəziyyəti yüngülləşdirməyib.
200 lirə ilk dövriyyəyə buraxılanda onun ümumi əskinaslardakı payı cəmi 3,2 faiz idi. Sentyabr ayına olan məlumata görə, bu göstərici 35 faizi keçib. Dəyər baxımından 200 lirə tədavüldə olan ümumi əskinasların 66,4 faizini təşkil edir. 100 lirə ilə birlikdə götürdükdə bu nisbət 93 faizə yüksəlir. Normal iqtisadiyyatda ən yüksək nominallı əskinasların bu səviyyədə olması normal deyil, Türkiyə bu baxımdan xüsusi mövqedədir.
Bir mənzil = 3,8 kilometr 200 TL-lik əskinaz
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının məlumatına görə, İstanbulda evin qiyməti orta hesabla 4 milyon 750 min lirəni keçib. Yaxşı məhəllələrdə yeni mənzillərin qiyməti orta qiymətdən dəfələrlə bahadır. Orta qiyməti əsas götürsək, bir mənzilin əl dəyişdirməsi üçün ən böyük əskinas olan 200 lirəlikdən 23 min 750 ədəd lazımdır.
Bu o deməkdir ki, İstanbulda orta bir mənzil almaq üçün 3,8 kilometr uzunluğunda düzülmüş 200 lirəlik lazımdır. Bu əskinasların çəkisi 27 kiloqram, əhatə etdiyi sahə isə 274 kvadratmetrdir. Eyni şey avtomobil alışı və zərgərlik alışına da aiddir.
Bəli, hər gün ev və ya maşın almırsınız. Bununla belə, insanlar gündəlik həyatda, xüsusilə xidmət sektorunda mövcud əskinaslardan istifadə etməyə məcburdurlar. Məsələn, İstanbulda bir restoranda iki nəfərlik şam yeməyi azı 3-4 min lirəyə başa gəlir. Nağd puldan istifadə etmək istəyən birinin yalnız restoran hesabı üçün ən azı 20 əskinas sahibi olmaq öhdəliyi pul kisələrinin getdikcə qalınlaşmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
23 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
-
27 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
44 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Ən çox oxunanlar
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır





















