"Ziraat Bank Azərbaycan" aktivlərin dinamikasına görə banklar arasında birinci oldu
(®) Ziraat Bank Azərbaycan bankların III rüb maliyyə hesabatlarına əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə aktivlərin dinamikasına görə banklar arasında ilk yerin sahibi oldu.
Bankın digər nailiyyətlərindən biri də müştərilərinin etimadını qazanmağa davam etməsidir. Belə ki, ötən ilin sonu ilə müqayisədə Ziraat Bank Azərbaycanın depozit portfeli 54.63% artaraq 491 mln manatı keçmişdir. Qeyd edək ki, depozit portfelinin artım dinamikasına görə banklar arasında altıncı yerin sahibi Ziraat Bank Azərbaycan olmuşdur.
Dərc edilmiş hesabatlara əsasən Bankın kredit portfeli də ötən ilin sonu ilə müqayisədə 13%-ə yaxın artaraq 358 mln manata çatmışdır. Qeyd edək ki, yayımlanan hesabatlara əsasən daşınmaz əmlak kreditlərinin artım dinamikasına görə Ziraat Bank Azərbaycan banklar arasında ikinci yerə sahib olmuşdur.
Bankın qazandığı nailiyyətlərdən biri də qeyri-faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8 % artaraq 11 mln manata çatıb. Qeyd edək ki, Ziraat Bank Azərbaycanın xalis faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 47% təşkil edib.
Ziraat Bank Azərbaycan tərəfindən yayımlanan maliyyə hesabatına əsasən Bank 2023-cü ilin III rübünü 6.4 mln manat xalis mənfəət əldə edərək bitirmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb





















