Dövlət Xidməti tibbi sarğı bezi biznesilə görüş keçirib, xəbərdarlıq edib
Görüşdə apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən görülmüş tədbirlərin nəticəsi barədə məlumat verilib, ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı bildirilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkədə fəaliyyət göstərən tibbi sarğı bezi istehsalçılarının rəhbərləri və iri topdansatış əczaçı müəssisələrin nümayəndələri ilə görüş keçirilib.
Marja xəbər verir ki, görüş zamanı apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin faktiki qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı, xətaların aradan qaldırıldığı və qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni bezlərin nümunələrinin Dövlət Xidmətinə təqdim edildiyi vurğulanıb.
Görüşdə həmçinin mövcud qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, istehlakçıların malların, işlərin, xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalı, istehsal markasında istehsalçı və ya icraçının adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilməli, hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın etiketinin olması, etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumatın verilməsinin zəruriliyi vurğulanıb. Qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməyən sahibkarların müvafiq qaydada məsuliyyət daşıdığı qeyd edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara satışda olan gigiyenik tibbi sarğı bezlərinin faktiki ölçüsünün qablaşdırmada göstəriləndən az olması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət etməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























