“City Garden Narimanov”da tikinti işləri yekunlaşmaq üzrədir
(®) “Kristal Abşeron” xəbər verir ki, şirkətin premium layihəsi “City Garden Narimanov”da işlərin böyük hissəsi yekunlaşmaq üzrədir.
Şirkət nümayəndəsinin məlumatına əsasən deyə bilər ki, artıq yaşayış kompleksinin birinci hissəsində tikinti işləri 80% -i tamamlanıb. Demək olar ki, birinci hissədəki bütün binaların sonuncu mərtəbəsi və dam örtüyü inşa olunur. Paralel olaraq isə pəncərələr quraşdırılır, həm də fasad işləri görülür. Fasad istilik izolyasiyası tədbirləri də 40%-dək yekunlaşıb.

Daxili təmirə gəldikdə isə binaların elektrik və santexnik işlərinin 35%-i, yəni 6-cı mərtəbəyədək artıq tamamlanıb. Onu qeyd edək ki, “City Garden Narimanov” layihəsindəki mənzillərin təmirində “GROHE” hamam aksesuarları, “Gewiss” elektrik açarları, “Prysmian” yanmayan kabelləri kimi bir çox Avropa brendlərindən istifadə edilir.

“City Garden Narimanov”da mənzildaxili arakəsmə divarlara və mənzillərarası qonşu divarlara yenilənmiş səs izolyasiya sistemi tətbiq olunur. Yaradılan izolyasiya sistemi səs dalğalarını udaraq yumşaldır və mənzillərdəki kənar səsləri yox dərəcəsinə endirir. İstifadə edilən izolyasiya materialı səs izolyasiyası imkanları ilə yanaşı istilik izolyasiyası xüsusiyyətlərinə də malikdir. Beləliklə, kənar hava kütlələri mənzilə daxil olmaur və mənzildaxili temperatur sabit qalır. Bu da enerji səmərəliliyini və istilik performansını artırır.
Coğrafi olaraq Bakının mərkəzində yerləşən “City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, Nəriman Nərimanov metrostansiyasına qısa məsafədədir.

“City Garden Narimanov”da bütün mənzillər premium təmirli təhvil verilir. 10% ilkin ödəniş edərək, 20 ilədək ipoteka krediti ilə mənzil əldə edərək premium həyat tərzinə keçid edə bilərsiniz.
Ətraflı məlumat: *1544 və ya 050 293 10 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
5 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
6 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
6 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
6 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
6 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)











.jpg)





