Dünyanın ən varlı adamı, əslində o imiş
Rusiya Prezidenti Vladimir Putinin şəxsi sərvəti ilə bağlı maraqlı bir iddia ortaya atılıb.
"Marja" xəbər verir ki, ABŞ-ın "The Atlantic" saytının xəbərinə görə, ötən həftə ABŞ Konqresində ifadə və ciddi bəyanatlar verən "Hermitage Capital Management"ın İcraçı direktoru Bill Browder dünyanın ən varlı insanının 200 milyard dollarlıq sərvəti ilə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib.
Browder, yalan danışmağın böyük bir cinayət olaraq qəbul edildiyi ABŞ Konqresinə verdiyi ifadəsində Putinin 200 milyard dollarlıq sərvətinin olduğunu deyib.
"PULUNU QƏRB BANKLARINDA SAXLAYIR"
Rusiyaya tətbiq olunacaq sanksiya qərarı öncəsi parlamentdə ifadə edən Browder, "Putin pulunu qərb banklarında saxlayır. Sərvətinin hər an dondurulması riski də var" deyə qeyd edib.
Browder Putinin əmrində 10 min şəxsi heyətin olduğunu və bu şəxsi heyətin pul yumaqdan adam qaçırmağa qədər bir çox qeyri-qanuni fəaliyyəti həyata keçirdiyini bildirib. Putinin rəsmi olaraq açıqlanan illik maaşı 120 min dollar səviyyəsindədir.
ANA FƏHLƏ, ATA HƏRBİÇİ
"Celebritynetworth" adlı internet saytının xəbərinə görə isə, Putinin 70 milyard dollarlıq gizli sərvəti var. Putin ailədən varlı biri də deyil. Vladimir Putinin anası bir fabrik fəhləsi, atası isə hərbiçi idi.
Qeyd edək ki, Forbes-in Milyaderlər siyahısına görə, dünyanın ən varlı adamı təxminən 90 milyard dolar sərvəti olan Bill Qeyts hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

