Şirkətlər qrupu yeni marketlər şəbəkəsinin ilk 3 mağazasını istifadəyə verib
"Avrora Qrup" tərəfindən “Tamstore” marketlər şəbəkəsinin ilk filialı istifadəyə verilib.
Marja.az xəbər verir ki, yeni şəbəkənin ilk filialı Sumqayıt şəhərində, 2-ci filialı Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində, 3-cü filialı isə Nərimanov rayonu, İ.Həsənoğlu 22 ünvanında (Heydər Əliyev Mərkəzinin yaxınlığı) istifadə yerilib.
Açılışla bağlı “100 məhsulda Tam 50% endirim!” sloqanı ilə 3 gün ərzində 100 məhsul tam yarı qiymətə və eyni zamanda 1000-lərlə məhsul bir ay müddətində müxtəlif endirimlərlə təklif olunur.
Məlumat üçün bildirək ki, 28 noyabrda Xətai rayonu ərazisində, 29 noyabrda Biləcəridə, 30 noyabrda isə Keşlə qəsəbəsində "super" formatda daha üç “Tamstore” marketinin açılış mərasimi olacaq.
Xəbər verdiyimiz kimi, Azərbaycan bazarında istehsalçı və distribüter şirkət kimi tanınan "Avrora Qrup" şirkəti “Tamstore” marketlər şəbəkəsi ilə pərakəndə bazarına daxil olur. Marketlər şəbəkəsi qısa vaxtda Bakının müxtəlif yerlərində fəaliyyətə başlayacaq. “Tamstore” marketlər şəbəkəsinin “super”, “city” və “mini” formatlarında il sonuna kimi 20 mağazasının açılması planlaşdırılıb. Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























