Azərbaycanda bank xidmətlərinin tariflərinin tənzimlənməsi təklif olunur
Azərbaycanın bank sektorunda xidmətlərin tariflərinin tənzimlənməsi, xərclərin azaldılması çox vacibdir.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
O, qeyd edib ki, gələn aydan bəzi banklar SMS-məlumatlandırma xidmətini 2 dəfə bahalaşdıracaq.
"Bu gün xidmətindən istifadə etdiyim bankların birindən SMS aldım. Böyük ehtimalla həmin SMS bütün müştərilərə göndərilib. SMS-də deyilir ki, əgər müştəri debet kartına mədaxili və yaxud kredit ödənişini "MilliÖn" və digər ödəniş sistemlərinə məxsus aparatlarla həyata keçirsə, əməliyyatın məbləği 3 min manatdan artıq olsa, bunun 0,5 %-i qədər əlavə ödəniş edəcək. Yəni həmin müştəridən 0,5 % əlavə xidmət haqqı tutulacaq. Ötən iclasımızda Tahir Mirkişili bu məsələyə toxundu. Amma biz bu müddətdə bəzi bank xidmətləri üzrə tariflərin azaldılmasını deyil, əksinə artırılmasını müşahidə edirik. Halbuki, bunun üçün iqtisadi əsas yoxdur. Çünki mobil xərclərdə, kommunikasiya xərclərində artım yoxdur. Yəni, bank xidmətlərinin tariflərində artımların olmasını iqtisadi baxımdan əsaslandırmaq çox çətindir və praktiki olaraq mümkün deyil", - deyə deputat əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























