İlk “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin spikerləri bəlli oldu!
30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcəkdir.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosasiyası (ASTA) və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunacaq tədbirin hazırlıqları davam edir. Bu haqda məlumatı ASTA-nın sədri Orxan Xəlilzadə verib.
Orxan Xəlilzadənin bildirdiyinə görə artıq 2 aydan artıqdır ki zirvənin təşkilatçılıq işləri davam etdirilir və gözləndiyindən daha çox maraq və dəstəyin olması onları çox sevindirir. Belə ki, tədbir BP şirkətinin baş sponsorluğu və Bureau Veritas, IST Services, Safe Life, PMD Projects, NEBOSH, Agcurate, AVFALL Solutions, Caspian Energy Club, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Marriott Baku Boulevard oteli kimi yerli və beynəlxalq bir çox şirkətlərin sponsorluğu və dəstəyi ilə baş tutur.
Yeni yaradılmış və ölkədə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi, ətraf mühitin qorunması sahəsində maarifləndirmə fəaliyyətləri və bu sahələrin inkişafına dəstək fəaliyyətləri olan assosasiya bu tədbirlə də 450-dən çox sahə peşəkarlarını, dövlət qurumlarının nümayəndələrini və beynəlxaql ekspertləri bir araya gətirəcək.
ASTA-nın sədr müavini və “Sənaye Təhlükəsizliyi Zirvəsi”nin layihə rəhbəri Cabir Süleymanlının bildirdiyinə görə artıq tədbirin spikerləri də bəllidir. 3 fərqli panel dən ibarət zirvədə 20 spiker və moderatorun iştirakı olacaq. Layihə rəhbərinin qeyd etdiyinə görə “Sabahın çağırışları” şüarı altında karbon emissiyasının azaldılması, enerji keçidi, dövlət və özəl sektor münasibətləri və eləcədə SƏTƏM sahəsinin bir çox mövzularına toxunulacaq tədbirə hazırlıq üçün yaxın günlərdə spiker və moderatorlarla görüş də nəzərdə tutulub. Tədbirin spiker və moderatorları hər biri öz sahəsinin peşəkarı və müxtəlif dövlət və özəl qurumların rəhbərləridir.
Təşkilatçıların bildirdiyinə görə 21 noyabr tarixinə qədər tədbirdə iştirak üçün qeydiyyat www.stz.az saytında davam etməkdədir. Eyni zamanda tədbirin sosial media hesablarından da yeniliklər haqqında məlumat almaq mümkündür.
Facebook: https://www.facebook.com/stzbaku
İnstaqram: https://www.instagram.com/stzbaku
LinkedIn: https://www.linkedin.com
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























