
Rövşən Abdullaoğlunun imza mərasimində izdiham
Rövşən Abdullaoğlunun imza mərasimi 6 saat davam edib. Rövşən Abdullaoğlu “Ən çox oxunan müəllif” nominasiyasının qalibi olub
Müasir ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən olan Rövşən Abdullaoğlunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11-15 noyabr tarixlərində təşkil etdiyi IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxucularla görüşü və imza mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində baş tutan görüşdə bu dəfə də böyük izdiham yaşanıb. Yüzlərlə oxucunun iştirakı ilə keçək müzakirə və sual-cavab saatının ardınca imza mərasimi baş tutub. Günorta saat 2-də başlayan imza mərasimi axşam saat 8-də yekunlaşıb.
Tədbir zamanı Rövşən Abdullaoğlu yeni layihələri, üzərində işlədiyi kitablar, planlaşdırdığı səfərlər haqqında məlumat verib. Daha sonra bir neçə gün əvvəl müjdəsini verdiyi uşaq kitablarını sərgi salonunda oxucularına təqdim edib. Yazıçı Afrika səfərlərinin bəhrəsi olan və 6 kitabdan ibarət “Ləpirçinin macəraları” silsiləsindən hələlik ilk 2 kitabın – “Xilaskar” və “İlk səfər” nağıllarının işıq üzü gördüyünü bildirib. O, gələcək yaradıcılığında uşaq kitablarına, xüsusilə uşaqların fərdi inkişafına yönəlmiş əsərlərə yer verəcəyini qeyd edib.
Son illərin ən çox satılan əsəri “Bu şəhərdə kimsə yoxdur” romanı haqqında sualı cavablandırarkən isə R.Abdullaoğlu tezliklə adıçəkilən əsərin əsasında teleserial çəkiləcəyini və artıq bununla bağlı yerli telekanallardan biri ilə razılaşdıqlarını da açıqlayıb. Serialın artıq bu ilin sonlarında yayımlanmağa başlanacağı gözlənilir.
Müəllif “Relslər üzərinə uzanmış adam” romanının da ssenarisini Mədəniyyət Nazirliyinin keçirdiyi film müsabiqəsinə təqdim edildiyini də bildirib.
Qeyd edək ki, beş gün davam edən sərgidə Mədəniyyət Nazirliyinin apardığı sorğuya əsasən, Rövşən Abdullaoğlu “Ən çox oxunan müəllif” nominasiyasının qalibi olub. Bununla əlaqədar yazıçı nazirlik tərəfindən xüsusi mukafata layiq görülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
5 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR
Son Xəbərlər

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
