"Bir sıra zəruri istehlak mallarının idxalında güzəştlərin uzadılması gözlənilir"
Bu il Azərbaycanda yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023"də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu addım yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb. E. Əliyev qeyd edib ki, hazırda bu proses davam etməkdədir və hökumət tərəfindən bir sıra yeni addımların atılması nəzərdə tutulur:
"Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalın qorunması və onun xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirlərinin, o cümlədən güzəştlərin qüvvədə olma müddətinin uzadılması məqsədilə qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti orqanlarla müzakirə olunur".
O hesab edir ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm bir qolu iqtisadiyyatın gömrük-vergi tənzimləməsi sisteminin təkmilləşdirilməsi ilə bağlıdır: "Dövlətin investisiya mühitinin cəlbediciliyini artırmaq üçün fiskal alətlərdən aktiv istifadə etməsi ümumi prosesə müsbət təkan verməkdədir: "Son illərdə sahibkarlıq subyektlərinə əlçatan gömrük alətlərinin, rasional gömrük prosedurlarının təqdim edilməsi istiqamətində mühüm addımlar atılıb, eləcə də gömrük sahəsində elektron bəyanetmə və "yaşıl dəhliz" buraxılış sistemlərinin, yeni innovativ texnologiyaların tətbiqi öz müsbət nəticəsini verməkdədir".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
-
- 34 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
1 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Unibankın biznes kreditləri portfelində böyük artım
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı






















