Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri təşkil olunub
Azərbaycan Respublikası Mərkəzi Bankı sosial məsuliyyəti və sağlam ekoloji mühitin yaradılmasını təşviq edən təşəbbüslər həyata keçirməyə davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə noyabr ayının 18-də Mərkəzi Bank tərəfindən növbəti ağacəkmə tədbiri təşkil olunmuşdur.
Bu tədbir çərçivəsində Mərkəzi Bankın əməkdaşları tərəfindən Müşfiqabad qəsəbəsində yerləşən ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 Eldar şamı və zeytun ağacı əkilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın və ətraf mühitin qorunmasına hər zaman xüsusi əhəmiyyət verən ulu öndərin əziz xatirəsini yad etmək, dahi liderin yaşıllaşdırma ənənələrini davam etdirmək olmuşdur.
Qeyd edək ki, Milli Depozit Mərkəzi də Mərkəzi Bankın keçirdiyi bu yaşıllaşdırma təşəbbüsünə qoşulmuşdur.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində bu ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























