Pakistan Azərbaycandan karbamid almaq niyyətindədir
Pakistan, ölkədə kəskin çatışmazlığı səbəbindən, Azərbaycan, Rusiya və Çin ilə 200 min ton karbamid tədarükü ilə bağlı danışıqlar aparacaq.
"Pakistanın Dövlət Satınalmalarının Tənzimləməsi Qurumunun İdarə HeyətiPakistan Sənaye və İstehsal Nazirliyinin Azərbaycan, Rusiya və Çin ilə 200 min ton karbamid alışıı ilə bağlı danışıqlar təklifini təsdiqləyib", - “Daily Pakistan” nəşri xəbər verir.
“Daily Pakistan”ın Pakistan Sənaye və İstehsal Nazirliyindəki həmsöhbətlərinin sözlərinə əsasən, İslamabad yerli zavodların müvəqqəti bağlanması və dekabr və yanvar aylarında karbamidə olan tələbin artması ilə əlaqədar ən azı 200 min ton karbamid çatımazlığı ilə üzləşib.
Bakı, Moskva və Pekin ilə danışıqlar hökumətlərarası sazişlərə riayət olunması və qiymətlərin müəyyənləşdirilməsi mexanizminin təmin edilməsi şərtilə aparılacaq. Hazırda dünya bazarında bu cür gübrələrin qiyməti metrik ton üçün $415-dən $420-yə qədər təşkil edir.
Qiymətlərin müəyyənləşdirilməsi mexanizmi hərrac yolu ilə həyata keçiriləcək, hərracın keçirilməsinin standart dövrü 45 gündür.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 23 d. əvvəl
- 39 d. əvvəl
-
40 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
51 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)





