Bankların kreditlərdən gəliri açıqlandı
Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) müştərilərə verilmiş kreditlər üzrə 2 milyard 101 milyon 782 min manat faiz gəliri əldə ediblər.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların kreditlər üzrə faiz gəlirləri 306,2 milyon manat və ya 17% artıb. 2022-ci ilin 10 ayı ərzində bankların kreditlər üzrə faiz gəlirləri 1 milyard 795 milyon 637 min manat təşkil etmişdi.
2023-cü ilin 10 ayı ərzində bankların cəmi faiz gəlirləri 2 milyard 861 milyon 939 min manat, qeyri-faiz gəlirləri 1 milyard 86 milyon 805 min manat təşkil edib. 2022-ci ilin 10 ayı ərzində bankların cəmi faiz gəlirləri 2 milyard 211 milyon 500 min manat, qeyri-faiz gəlirləri 971 milyon 182 min manat təşkil etmişdi.
Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin 10 ayını 908 milyon 202 min manat xalis mənfəət ilə başa vurublar. Banklar ötən ilin 10 ayında 769 milyon 875 min manat, tam 2022-ci ildə isə 914 milyon 473 min manat xalis mənfəət əldə etmişdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
18 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
47 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
55 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)









.jpg)







