"Bolt" Azərbaycanda marketlər açır - Mağazaya getmək ehtiyacını aradan qaldırmaq hədəflənir
Azərbaycanın paytaxtı Bakı yeni "Bolt Market" xidmətinin istifadəyə verildiyi ilk şəhər olacaq.
Şirkətin yaydığı məlumatda bildirilir ki, "Bolt Market", "Bolt Food" tətbiqi vasitəsilə çatdırılma ilə ilkin ehtiyac məhsullarının geniş seçimini təklif edən onlayn ərzaq mağazasıdır.
Xidmətin istifadəçiləri gün ərzində yeməklərin çatdırılması üçün sifariş verə biləcəklər. Müştərilər həmçinin ərzaq və əlaqədar məhsulların çatdırılmasını 72 saat öncədən planlaşdırmaq imkanına malikdirlər.
Çatdırılma adətən təxminən 30 dəqiqə ərzində həyata keçiriləcəkdir.
Bolt şirkətinin pərakəndə inkişafı üzrə rəhbəri Eduard Naqi qeyd edib: “Biz Bakıda ərzaq çatdırılması xidmətini təqdim etməkdən çox məmnunuq. Bu, bir daha sübut edir ki, biz bu bazarı biznesimizin vacib hissəsi hesab edirik və ona investisiya qoymağı planlaşdırırıq. Gələcəkdə biz daha da rəqabətədavamlı olmaq üçün çeşidlərimizi və çatdırılma sferamızı genişləndirmək istəyirik. Yerli sakinlərin ərzaq almaq üçün mağazaya getmək ehtiyacını aradan qaldıraraq, vaxtlarını daha vacib işlərə və ya istirahətə sərf etmələrinə imkan yaratmaq üçün yaxın gələcəkdə "Bolt Market" yerli ərzaq mağazaları şəbəkəsini Azərbaycanın digər şəhərlərinə də genişləndirməyi planlaşdırırıq".
Ərzaq mallarının çatdırılması xidməti "Bolt" platformasında 2021-ci ildən mövcuddur və artıq yeddi Avropa ölkəsinin 12 şəhərində özünü sübut edib. İndi xidmət Azərbaycan bazarında da öz yerini tutmaq üçün hərəkətə keçib.
"Bolt" 45 ölkədə və Avropa və Afrikanın 400-dən çox şəhərində 150 milyon insanın istifadə etdiyi Avropa multiproqramıdır. Bolt şirkəti səfər sifarişi, karşerinq, elektrikli skuter icarəsi, yemək və ərzaq çatdırılması xidmətləri təklif edir.
Hazırda "Bolt" şirkəti Azərbaycanın yeddi şəhərində səfər sifarişi xidmətini həyata keçirir: Bakı, Gəncə, Mingəçevir, Qəbələ, Şəmkir, Sumqayıt, Şəki.
"Bolt Food" xidməti Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























