Qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatdı
Qızıl Çərşənbə axşamı günü 1,3 faiz də bahalaşaraq may ayından bəri ən yüksək səviyyəyə qalxıb. İndiyədək qızıl almayanlar çox peşiman ola bilərlər.Qızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin gələn il faiz dərəcələrini aşağı salmağa başlaya biləcəkləri barədə açıqlamalarından sonra daha da bahalaşıb.
Marja.az xəbər verir ki, İsrail və HƏMAS arasındakı qarşıdurmalardan sonra "təhlükəsiz liman" alışlarının təsiri ilə qızılın qiyməti oktyabrın əvvəlindən bəri təxminən 12% artıb. Son 12 ayda isə qızılın qiyməti 18 faiz yüksəlib.
Bu gün qlobal bazarlarda qızılın 1 unsiyasının (31,1 qram) qiyməti 2050,66 dolları görüb. Bakı vaxtı ilə saat 17:00-da qızılın usiyası 2041 dollar səviyyələrində ticarət olunub.
FED-in İdarə Heyətinin üzvü Kristofer Uollerin faiz dərəcələrinin yenidən yüksəlməsinə ehtiyac olmaya biləcəyini irəli sürməsindən sonra dollar dəyər itirsə də, istiqraz faizləri noyabr ayında da yüksəlişini davam etdirib.
İqtisadi inkişafın yavaşladığına dair işarələr olduğunu bildirən Uoller, inflyasiyanın bir neçə ay daha aşağı düşməyə davam edəcəyi təqdirdə FED faizini aşağı sala biləcəyinə dair yaxşı iqtisadi arqumentlərin olacağını qeyd edib.
İnvestorlar gələn il ABŞ-da sərt iqtisadi tənəzzül və pul siyasətinin aqressiv yumşaldılacağını nəzərdə tuturlar.
Bu həftə investorlar faiz dərəcələrinin istiqaməti ilə bağlı daha çox ipucu əldə etmək üçün FED-in izlədiyi əsas inflyasiya məlumatı daxil olmaqla ABŞ-ın iqtisadi məlumatlarını yaxından izləyəcəklər.
"Qızılın qiyməti yeni rekordlarına doğru irəliləməyə başlayıb"
"Fundstrat" tədqiqat firmasının idarəedici direktoru və texniki təhlil üzrə eksperti Mark Nyuton hesab edir ki, qızılın qiyməti bütün zamanların yeni rekordlarına doğru irəliləməyə başlayıb.
Analitikin fikrincə, 2009,41 dollardan yuxarı bahalaşma qızılın bir unsiya üçün 2060-2080 dollar aralığına yol açmalıdır. Müqavimət səviyyəsinin 2080 dollarda qırılması tez bir zamanda qiymətin daha da artmasına səbəb olacaq.
"Fundstrat" eksperti real faiz dərəcələrinin gözlənilən enişini, cari geosiyasi riskləri və digər amilləri nəzərə alaraq qızılın unsiyası üçün texniki hədəfi 2500 dollar səviyyəsində müəyyənləşdirib.
Bununla belə, Nyuton aydınlaşdırıb ki, onun proqnozu bu ilin sonuna qədər mütləq gerçəkləşməyəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























