Bu gün Bakıda Apple-ın həmtəsisçisinin təqdimatı ilə böyük sammit start götürür
Bu sammit regionun innovasiyalar ekosistemi üçün mühüm hadisədir.Bu gün Bakıda "PAŞA Holding" tərəfindən təşkil olunan “InMerge İnnovasiya Sammiti” öz işinə başlayacaq. “InMerge" regionun ən böyük innovasiya sammitidir.
Marja.az xəbər verir ki, sammit 30 noyabr - 1 dekabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.
Sammit telekommunikasiya, maliyyə texnologiyaları, rəqəmsallaşma və elektron ticarət kimi sahələri özündə birləşdirir ki, bu mövzularda çıxışlar, panellər və təqdimatlar baş tutacaq. Sammitin birinci günü yalnız spikerlərin çıxışları ilə kifayətlənməyəcək, həmçinin startaplar öz ideyalarını iştirakçılara təqdim edəcək və dünyaca məşhur ekspertlərin rəhbərliyində təlimlər baş tutacaq.
Tədbirin ikinci günündə qonaqlar elektron ticarət və rəqəmsallaşma sahələri ilə bağlı mövzuları müzakirə edəcək, həmçinin təlimlərə və startap sessiyalarına qoşulmaq şansı əldə edəcəklər. Sammitin ikinci günündə də startaplar öz ideyalarını investorlara və tədbirə qatılan hər kəsə təqdim edəcəklər.
Sammitdə "Apple" şirkətinin həmtəsisçisi Steve Wozniakın, "FutureThink" şirkətinin direktoru Lisa Bodellin, "Shazam"ın yaradıcısı Chris Bartonun, "Tesla"nın həmtəsisçisi JB Straubel-ın, Azərbaycan Prezidentinin köməkçisi, Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədovun, "PAŞA Holding"in Baş direktoru Cəlal Qasımovun, “Kapital Bank”ın İdarə heyətinin sədri Fərid Hüseynovun, “Bakcell”in Baş direktoru Klaus Muellerin, “Trendyol”un Azərbaycandakı baş meneceri İrem Çağrı Yılandilin, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Fərid Osmanovun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevanın, "Paşa Holding"in Baş direktorunun müavini Fərid Məmmədovun və s. çıxışları nəzərdə tutulur.
Sammitin birinci günü “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak-ın təqdimatı ilə start götürəcək.
“PAŞA Holding” MMC nəinki ölkədə, həm də regionda innovasiyaları artırmaq üçün daim böyük addımlar atır. Bu addımlardan biri də InMerge İnnovasiya Sammitidir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
8 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























