3 gün ərzində mənzilə telefon çəkilir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evə, yaxud ofisə yeni telefon xətti çəkdirmək mümkündür.
Nazirlikdən verilən məlumata görə, sözügedən xidmət hazırda Bakı şəhəri ("Bakı Telefon Rabitəsi" MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.
Qeyd edək ki, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13637 dəfə müraciət olunub.
Xidmətdən istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir:
- Evin qeydiyyat şəhadətnaməsi (kupça);
- Sərəncam;
- Order;
- Müqavilə.
Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin xidmətə olan müraciətlərin sayı 8 765-ə çatıb. Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.
- Doğum haqqında şəhadətnamə;
- Ölüm haqqında şəhadətnamə;
- Nikah haqqında şəhadətnamə;
- Yaşayış yeri haqqında arayış.
Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.
Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin və “Növbəti” düyməsini seçin.
Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynəlxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirmək mümkündür.
Bundan başqa, NRYTN-nin “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12 129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16 439), “Telefon nömrəsi üzrə axtarış” (müraciət sayı 2 720 797) və s. kimi xidmətlərdən yararlanmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























