Pirallahıda 59,3 milyon manatlıq dərman zavodunun təməli qoyuldu
Bu gün Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, şirkətin rəhbəri Abidin Gülmüş, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, bu il iyulun 31-də nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti" və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün Parkın 7,8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulur.
Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və məşğulluğun təşviqinə töhfə verir. Parkda ümumi investisiyalarının həcmi təqribən 115 milyon manatdan çox 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyə qədər rezidentlər Parka 37 milyon manata yaxın investisiya yatırıb, 120-dən çox daimi iş yeri yaradıb. Artıq qeydiyyata alınmış 6 rezidentdən 2-si fəaliyyət göstərir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







