Bu gün Türk Lirəsinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) 2023-cü ildə sonuncu dəfə faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Bankın faiz dərəcəsini 2,50 bənd də artıraraq 40 faiz səviyyəsindən 42,50 faiz səviyyəsinə qaldıracağı proqnozlaşdırılır.
TCMB əvvəlki iclasında faizini 5 bənd artıraraq 35 faizdən 40 faizə qaldırmışdır.
Faizlər artdığından Türkiyədə deinflyasiya prosesi başlayıb.
TCMB-nin yanvar ayında daha 2,50 bənd də faiz artıraraq dərəcəsini 45 faizə çatdıra biləcəyi gözlənilir.
Türkiyədə inflyasiyanın 2024-cü ilin may ayında 68 faizə yüksəldikdən sonra sürətlə azalaraq 2024-cü ilin sonunda 39 faizədək düşə biləcəyi gözlənilir.
Bu gün TCMB-nin gözlənilən faiz artımının bankın faiz dərəcələrinin kifayət qədər yüksək olduğuna dair rəsmi açıqlaması ilə müşayiət oluna biləcəyidə söylənilir.
Türkiyədə inflyasiyanın 2024-cü ilin ilk yarısında pik həddə çatması və azalmağa başlayacağı, 2024-cü ilin ikinci yarısında TCMB-nin faizini azaltmğa başlayacağı da proqnozlaşdırılır.
Deutsche Bank gələn ilin 4-cü rübünün əvvəlindən etibarən TCMB-nin faiz dərəcələrini azaltmağa başlaya biləcəyini gözləyir. Qurumun 2024-cü ilin sonuna Dollar/TL məzənnəsi üzrə proqnozu 36 lirədir.
Hazırda Dollar/Türk Lirəsi məzənnəsi 29,13 lirə səviyyələrindədir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 7 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Ən çox oxunanlar
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib



















