Dövlət şirkəti 50 milyon dollarlıq istiqrazlardan cəlb edəcəyi vəsaitin necə xərclənəcəyini açıqlayıb
Dövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dəyəri 50 mln. ABŞ dolları olan yeni istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaiti beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldəcək.
Bu barədə QSC-dən bildirilib.
“Artıq 50 mln. dollar dəyərində növbəti ASCO istiqrazlarına abunə yazılışı başlayıb. Ümid edirik ki, ilk istiqrazlarda olduğu kimi, bu dəfə də böyük tələbat olacaq. Ümumilikdə, bu istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait ASCO-nun Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə 13 dekabr 2023-cü ildə premium bazar seqmentində listinqə daxil edilmiş ASCO-nun ümumi dəyəri 50 mln. ABŞ dolları olan yeni istiqrazlarına abunə yazılışı 18 dekabr 2023-cü il tarixindən başlayıb. Abunə yazılışı prosesi 18 fevral 2024-cü ilədək davam edəcək. Sənədsiz adlı 50 min ədəd istiqrazın illik gəlirliliyi 6%, tədavül müddəti 5 il, kupon ödənişi yarımildə bir dəfə müəyyən edilib. Bir istiqrazın nominal dəyəri 1 000 manat təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
ASCO-dan bildirilib ki, bundan öncəki istiqraz yerləşdirilməsindən (100 mln. dollar dəyərində) əldə olunan vəsaitlər də yeni gəmilərin alınmasına və qurumun fəaliyyətinin genişləndirilməsinə istifadə olunub.
“Belə ki, Azərbaycan dənizçiliyinin tarixində istismar edilən, eləcə də hazırda milli donanmamızda mövcud ən böyük gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli üç tanker (“Şuşa”, “Qarabağ”, “Zəngəzur”) istismara verildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi ilə bu tankerlərin alınması nəticəsində 2023-cü ildə ASCO və ümumilikdə Azərbaycanın gəmiçilik sahəsi yeni dövrə qədəm qoydu”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl - 29 dekabr 2022-ci ildə “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə premium bazar seqmentində listinqə daxil edilmiş ümumi dəyəri 100 mln. dollar olan ASCO-nun ilk istiqrazları tədavülə buraxılıb.
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
- 34 d. əvvəl
-
45 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)





.jpg)











