GL enerji texnologiyaları sahəsində qlobal şirkət olan “Baker Hughes” ilə əməkdaşlıq edəcək
GL - Azərbaycanın ilk özəl enerji şirkəti özünün törəmə şirkəti olan “GL Technical Services” (GLTS) vasitəsilə sənaye xidmətləri üzrə dünya liderlərindən olan “Baker Hughes” ilə Anlaşma Memorandumu imzalayıb. Bu, GLTS-ə qabaqcıl texnologiyalardan istifadə etməyə və neft-qaz hasilatının artırılması, xərclərin optimallaşdırılması və əməliyyatların səmərəliliyinin artırılması da daxil olmaqla, istismar məsələlərinin həlli üçün kadrların səriştələrini qlobal sənaye standartlarına uyğunlaşdırmağa imkan verir.
“Baker Hughes” qlobal səviyyədə enerji və sənaye sifarişçiləri üçün həllər təqdim edən enerji texnologiyaları şirkətidir. Bir əsrlik təcrübəyə malik olan və 120-dən çox ölkədə işgüzar fəaliyyət göstərən “Baker Hughes”, qabaqcıl texnologiya və xidmətlərdən əlavə olaraq, enerji sahəsini irəli aparmaqla onu insanlar və planetimiz üçün daha təhlükəsiz, təmiz və səmərəli edir.
2022-ci ilin noyabr ayında təsis edilən GLTS texniki mükəmməlliyə nail olmaq üçün ciddi səylər göstərir və sürətlə Azərbaycanın dinamik enerji sektorunda qabaqcıl həllər və xidmətlər təqdim edən əsas oyunçuya çevrilir. Müasir texnologiya ilə təchiz edilmiş GLTS enerji texnologiyaları sektorunda regional səviyyədə əsas oyunçulardan birinə çevrilməyi hədəfləyir.
GLTS geofiziki tədqiqatlar sahəsində qabaqcıl texniki imkanlara, o cümlədən quyularda geofiziki və karotaj işləri görməyə imkan verən ABŞ istehsalı olan mobil qaldırıcılara, geniş xidmət diapazonu təmin edən geofiziki avadanlıq və sistemlərə, yüksək dəqiqliklə quyu məlumatlarının alınmasını mümkün edən qabaqcıl texnoloji həllərə malikdir.
Şirkət bu yaxınlarda ən son müasir texonolgiyalı dörd ədəd 350 at gücü olan 60 tonluq və bir ədəd 550 at gücü olan 100 tonluq qaldırıcı qurğuları əldə etməklə, GLTS-i Azərbaycanda quyuların əsaslı təmiri və xidməti sahəsində mühüm oyunçulardan biri kimi mövqeləşdirib.
Bakı şəhərində keçirilən Anlaşma Memorandumunun imzalanma mərasimində GL-in Baş icraçı direktoru Asif Zeynalov qeyd etdi ki, “Baker Hughes” ilə əməkdaşlıq GLTS üçün strateji cəhətdən çox mühüm addımdır. Bu addım öz növbəsində şirkət üçün qlobal aparıcı sənaye texnologiyalarına çıxışı təmin edir və bununla da GLTS-in regional oyunçuya çevrilməsi üçün imkanlar yaradır.
“Mən GL-in enerji sektorunda mükəmməlliyə və innovasiyaya sarsılmaz sadiqliyini vurğulayan bu əməkdaşlıqdan çox məmnunam”, - deyə Asif Zeynalov qeyd etdi.
“Baker Hughes” şirkətinin Xəzəryanı ölkələr üzrə direktoru Samir Ələsgərov isə öz çıxışında, Baker Hughes şirkətinin Tələb üzrə Həllərinin (On-Demand Solutions) Alternativ Biznes Modelinə uyğun olaraq partnyorlarımızla yeni və davamlı əməkdaşlığa, həmçinin lazım gəldikdə əlavə imkanları dəyərləndirmək üçün GL və “Baker Hughes” şirkətlərinə resurslarını paylaşaraq tərəfdaş kimi çalışmağa şərait yaradacağını qeyd etmişdir.
Xatırladaq ki, GL Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” yataqları olmaqla Azərbaycanda beş yataqda neft-qaz əməliyyatları həyata keçirir. GL-in biznes portfelinə “Salyan Oil Limited”, “Taghiyev Operating Company” əməliyyat şirkətləri və sənaye üzrə çoxsaylı xidmətlər təqdim edən “GL Technical Services” daxildir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
7 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
7 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
8 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!




















