“Rusiya Dəmir Yolları” Azərbaycan ərazisindən yükdaşımalarda mövcud endirimlərin müddətini uzadıb
“Rusiya Dəmir Yolları” QSC-nin (RJD) idarə heyəti geniş çeşiddə yüklərin daşınması üçün əvvəllər tətbiq edilmiş endirimləri 2024-cü il üçün də uzadıb.
“Rusiya Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, ölkədaxili qısa məsafələrə yükdaşımalarda 50 faizədək endirim qüvvədə saxlanılıb. Həmçinin Azərbaycanla sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsindən və daha sonra Azərbaycan-Gürcüstan sərhədindəki Böyük-Kəsik-Qardabani sərhəd-keçid məntəqəsindən qara metalların, habelə Tacikistan və Özbəkistandan idxal edilən meyvə-tərəvəzin daşınmasına 50 faizlik endirim tətbiq edilir. Selyatino (Moskva vilayəti) - Sergeli (Özbəkistan) marşrutu üzrə Kanisay sərhəd stansiyası vasitəsilə, əks istiqamətdə isə - Ozinki stansiyası ilə (indiki Selyatino-Cizzax marşrutuna aiddir) soyuducu konteynerlərdə daşımalara görə 20,4 faiz; Cənubi Ural Dəmir Yolunun bir sıra stansiyalarından Belarusa neft nəqli üçün 33,5 faizədək; daşıyıcı avtomobillərdə yüklərin daşınmasına görə 17,5 faiz və boş vaqonların hərəkətinə görə 50 faiz güzəşt olacaq.
Bununla yanaşı, Uzaq Şərq Dəmir Yolu stansiyalarından yüklənmiş konteynerlərin ölkədaxili və idxal daşımaları üzrə 20,7 faizlik endirimi qüvvədə qalıb.
Bundan əlavə, yükün Qazaxıstan və Türkmənistan arasında (“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutu) Bolaşak-Serhetyaka sərhəd keçid məntəqəsindən də keçməsi şərti ilə Rusiya-Qazaxıstan sərhəd -keçid məntəqələri vasitəsilə ixrac-idxal konteyner daşımalarına 20 faizlik endirim tətbiq olunacaq.
Qeyd edək ki, dəmir yolu nəqliyyatına əlavə həcmdə yüklərin cəlb edilməsi məqsədilə şirkət tərəfindən bir sıra digər tarif qərarları da qəbul edilib və geniş istiqamətlər üzrə soyuducu konteynerlərdə yüklərin daşınmasına dair güzəştlər paketi yenilənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
24 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
25 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 47 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















