BOKT “İnternational”ın istiqrazlarına 3 investor 3 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
BOKT “İnternational” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
30 dekabr, 2023-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1000 manat olan AZ2008021027 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 3 investor tərəfindən qiymət intervalı 1,000.0000 (18%) manat və 1,003.0000 (17.9088%) manat olan 3 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1,000.0000 (18%) manat, orta ölçülmüş qiyməti isə 1,000.1576 (17.9952%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 59 min manat, yerləşdirilmiş həcmi isə 1 milyon manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların illik faiz dərəcəsi 18 %, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.
İstiqrazların ödəmə tarixi 30.12.2028-ci ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
