“Şəki-İpək” və İqtisadiyyat Nazirliyi ölkədə ipəkçiliyin yeni inkişaf modelini hazırlayır
“Şəki-İpək” ASC və İqtisadiyyat Nazirliyi ölkədə ipəkçiliyin yeni inkişaf modelinin hazırlanması üzrəində işləyir. Bu barədə cəmiyyətdən məlumat verilib.
"İpəkçiliyin inkişafının stimullaşdırılması, yeni emal sahələrinin yaradılması, istehsal gücünün artırılması, maddi-texniki bazanın gücləndirilməsi və ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə araşdırmalar aparılır və bununla əlaqədar xarici təcrübənin öyrənilməsi üçün xarici ekspertlərin cəlb olunması məsələləri müzakirə edilir", - deyə məlumatda bildirilir.
Eyni zamanda, müəssisə ipəkçilik məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıq edir. Bu məqsədlə müəssisəyə 3 milyon manatadək güzəştli kredit verilib.
Məlumatda qeyd olunur ki, 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib.
Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb, 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, müəssisənin tam gücü ilə işləməsini təmin edəcək.
Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına ayrılmış 4.5 milyon manat vəsait hesabına ildə 1.2 ton ipəkqurdu toxumu istehsal olunacaq ki, bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək.
Görülmüş tədbirlər nəticəsində ölkədə yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğul ola biləcəyinə səbəb olacaq.
“Həmçinin “Şəki-İpək” ASC-də 1500-dək daimi iş yeri açılacaq, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialı artacaq”, - deyə məlumatda vurğulanır.
Əhalinin bu sahəyə maraq göstərməsi barama istehsalı ilə məşğul olan şəxslərə subsidiyaların verilməsindən irəli gəlir.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
- 14 d. əvvəl
- 35 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Epoint — Gürcüstan bazarına çıxan ilk Azərbaycan fintex şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
9 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 10 saat əvvəl
-
11 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
İlham Əliyevin Paşinyan ilə görüşü keçirilir
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
Walmart-ın kapitallaşması 1 trilyon dolları keçib
Qızılın qiyməti İran ilə yenidən 5000 dolları keçdi
Ən çox oxunanlar
ABŞ İranın PUA-sını vurdu, qızılın qiyməti artdı
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjasında Yanvar çöküşü























