Azərbaycanda könüllü və icbari sığorta məhsulları yenidən dizayn ediləcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub.
Marja.az xəbər verir ki, Maliyyə sektorunun inkişafı strategiyasına "Sığorta sektorunun inkişaf strategiyası 2024-2026" da daxildir.
Strategiyanın məqsədləri - Sığorta bazarında etimadın yüksəldilməsi, sığorta təminatının əhatəsinin genişləndirilməsi, vahid məlumat mənbələrinə çıxışın və rəqəmsallaşmanın dəstəklənməsi, sığorta sektorunda müasir korporativ idarəetmə təcrübəsinin və rəqabətliliyin təşviqi, risk əsaslı nəzarətin yaradılması və sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsidir.
Sığorta agenti institutunun inkişaf etdirilməsi üçün - peşəkarlığın yüksəldilməsini və ixtisaslaşmanı təşviq edən diferensial lisenziyalaşdıma tələblərinin yaradılması, ASA ilə birlikdə vasitəçilərin inkişaf proqramlarının həyata keçirilməsi və sığorta agenti peşəsinin təşviqi nəzərdə tutulur.
Bank-sığorta tərəfdaşlığı modelinin formalaşdırılması üçün - banklarla sığorta şirkətləri arasında səmərəli əməkdaşlıq platformasının yaradılması, bank və sığorta şirkətlərinin yeni sığorta məhsulları və satış metodlarını inkişaf etdirmək məqsədilə məlumatlar bazalarını bölüşməyə təşviq edilməsi planlaşdırılır.
Strategiyada qeyd edilib ki, məqsədlərə nail olmaq üçün - sığorta sinifləri üçün icazələrin alınması prosesinin dəyişdirilməsi, könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviqi, Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi, aqrar sığorta sisteminin yenidən dizayn edilməsi, mikrosığorta bazarının yaradılması və inkişaf etdirilməsi, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuxiyyətinin icbari sığortasına inamın artırılması və bazarın inkişafı üçün hərəkətverici qüvvəyə çevrilməsi, əmlak sığortası məhsulunun yenidən dizayn edilməsi, sərnişinlərin fərdi qəza sığortası məhsulunun yenidən dizaynı, icbari sığorta növləri üzrə yeni icazə mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.
Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















