“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı iddiaya Dövlət Komitəsi cavab verdi
Bakıda Stalin dövrünün memarlıq abidəsi hesab olunan “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, sökülən kinoteatrın yerində çoxmərtəbəli binanın inşa olunacağı bildirilir: “Bina 1952-ci ildə memar Məmməd Əliyevin layihəsi əsasında tikilib. Təəssüf ki, rəsmi mənbələrdə dəqiq məlumat yoxdur, amma öyrəndim ki, bir çox bakılıların yaddaşında qalan kinoteatrın yerində çoxmərtəbəli bina tikmək istəyirlər. Doğrudanmı Dövlət Şəhərsalma və Memarlıq Komitəsi Stalin dövrünə aid və şəhərlilərin yaddaşında qalan tarixi binanın yerində yeni layihəni təsdiq edə bilərdimi?”
Memar həmçinin qeyd edib ki, bundan əvvəl, 2021-ci ildə də analoji problem gündəmə gəlib və komitə “Dostluq” kinoteatrının yerində yaşayış binasının inşasının müzakirə mövzusu olmadığını açıqlayıb.
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 76 ünvanında yerləşən “Dostluq” kinoteatrı 2017-ci ildə özəlləşdirilib. Kinoteatr özəlləşdirilənədək Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) balansında olub.
Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Qurumun Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Ramiz İdrisoğlu bildirib ki, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır: “6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub.
Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















.jpg)



