"Bank of Baku"nun İdarə heyətinin sədri dəyişib

"Bank of Baku" ASC-nin İdarə heyətinin sədri dəyişib.
Marja.az Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, Quliyev Həsən Cəfər oğlu Bankın İdarə heyətinin sədri seçilib. İndiyədək Bankın İdarə heyətinin sədri Filiz Yunus Emre idi.
Yeni sədr Həsən Quliyev "Bank of Baku" ASC-nin İdarə heyəti sədrinin 1-ci müavini, İdarə Heyətinin üzvü vəzifələrində çalışırdı.
Eyni zamanda, Filiz Yunus Emre Bankda İdarə heyətinin üzvü vəzifəsində çalışmaqda davam edəcək. İdarə heyətinin digər üzvü Ülvi Yusifovdur.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir və fevralın 14-də Bank 30 illik yubileyini qeyd edib. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
37 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
56 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
2 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
