Azərbaycanda yeni fond yaradıldı, güzəştli kreditlər verəcək - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Fərman imzalayıb.
Marja.az xəbər verir ki, Fərman, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınıb.
Fərman ilə Enerji effektivliyi fondu yaradılıb.
Həmçinin Fərman ilə, "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilib.
Müəyyən edilib ki:
- Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir;
- Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir
- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Fondun vəsaiti ilə qrant və güzəştli kreditlər veriləcək:
Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:
- 1 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;
- 50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;
- 1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.
Güzəştli kreditlər aşağıdakı müddətə verilir:
- kiçikhəcmli kreditlər üçün - 5 (beş) ilədək;
- ortahəcmli kreditlər üçün - 10 (on) ilədək;
- böyükhəcmli kreditlər üçün - 15 (on beş) ilədək.
Daha ətraflı "Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”da tanış ola bilərsiniz.
Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə ediləcək:
- enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
- elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi;
- enerji menecmenti sisteminin tətbiqi;
- ağıllı sayğacların və sistemlərin tətbiqi;
- kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
- bərpa olunan enerji mənbələrindən istifadə
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 13 saat əvvəl
-
14 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
