Rusiya 2024-cü ilin ikinci rübündə neft tədarükünü gündəlik 471 min barel azaldacaq
Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, apreldə hasilatın azaldılması gündəlik 350 min barel, ixracda isə 121 min barel təşkil edəcək.Rusiya OPEC+ könüllü öhdəlikləri çərçivəsində ikinci rübdə neft hasilatını və ixracını orta hesabla gündəlik 471 min barel azaldacaq.
Marja.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novakın bəyanatında deyilir. 2024-cü ilin birinci rübündə bu həcm gündəlik 500 min barel olub.
“Rusiya 2024-cü ilin ikinci rübündə bəzi OPEC+ ölkələri ilə razılaşdırılaraq neft hasilatında və ixracında gündəlik cəmi 471 min barel əlavə könüllü azaltma həyata keçirəcək”, - deyə bəyanatda bildirilir.
Eyni zamanda, apreldə hasilatın azalması gündəlik 350 min barel, ixracın azalması isə gündəlik 121 min barel olacaq. Mayda hasilatın azalması gündəlik 400 min barel, ixracın azalması isə 71 min barel təşkil edəcək. İyunda da əlavə cəmi könüllü azaltma 471 min barel/gün olacaq.
Gələcəkdə Rusiya bazar şəraitindən asılı olaraq OPEC+ çərçivəsində neft hasilatının əlavə həcmlərini və ixracı azaltmağı tədricən bərpa etməyi planlaşdırır.
“Bu könüllü hasilatın azaldılması Rusiyanın daha əvvəl 2023-cü ilin aprelində elan etdiyi və 2024-cü ilin dekabr ayının sonuna qədər davam edəcək gündəlik könüllü 500 min barel ixtisarına əlavədir. İxracın azaldılması 2023-cü ilin may və iyun ayları üçün orta ixrac səviyyələrinə əsaslanacaq", - Novak əlavə edib.
Baş nazirin müavininin sözlərinə görə, bu əlavə könüllü azaltma neft bazarlarında sabitliyin və tarazlığın qorunması məqsədilə OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərinin gücləndirilməsinə yönəlib.
Noyabrın 30-da keçirilən OPEC+ görüşündən sonra alyans ölkələri bazarı tarazlaşdırmaq üçün neft hasilatının əlavə könüllü azaldılması barədə razılığa gəliblər.
Həmçinin hasilatın azaldılmasını iyun ayına qədər uzatmaq barədə Səudiyyə Ərəbistan (1 milyon barel/gün), Birləşmiş Ərəb Əmirlikləri (163 min barel/gün, Küveyt (135 min barel/gün), Qazaxıstan (82 min barel/gün), Əlcəzair (51 min barel/gün), Oman (45 min barel/gün) qərar qəbul ediblər.
İraq könüllü hasilatın azaldılması tədbirlərinin ikinci rübə uzadıldığını açıqlayıb. Birinci rübdə ölkə hasilatı gündəlik 223 min barel azaldıb.
Birinci rübdə könüllü hasilatın azaldılmasına əməl edən bütün OPEC+ ölkələri bu tədbirləri iyun ayına qədər uzadıb. OPEC+ ölkələrinin elan etdiyi uzadılmış ixtisarların həcmi təxminən 2,17 milyon bareldir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
31 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
45 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq



















