Bu qoyun cinsinin qiyməti 350-1500 manat arası dəyişir
Ana qoyunların çəkisi orta hesabla 75-80 kiloqram, erkəklərinin çəkisi isə 90-100 kiloqrama qədər olurAzərbaycanda bir çox qoyun cinsləri olsa da, son illər fermerlər “Qaradolaq” cinsinə daha çox üstünlük verirlər. Qarabağ bölgəsində, Ağcabədi rayonunun Qaradolaq kəndində yaranan bu cins qoyunlara hazırda respublikanın bütün bölgələrində rast gəlmək mümkündür. Fermerlər böyüklüyünə, ətinin yüksək keyfiyyətinə və çox bala verməsinə görə seçilən bu qoyunları Ağcabədi rayonundan damazlıq kimi alaraq təsərrüfatlarında çoxaldırlar.
Müxbirimiz Ağcabədi rayonundakı “Qaradolaq” cinsli damazlıq qoyunçuluq təsərrüfatında olub, bu cins qoyunların üstünlükləri və satışı ilə maraqlanıb.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Etibar Mamedov bildirib ki, Ağcabədi rayonunda biri “Qarabağ”, digəri “Qaradolaq” olmaqla iki damazlıq qoyunçuluq təsərrüfatı var. Hər iki cins qoyunlar Qarabağda yaranıb. “Qaradolaq” cins qoyunlar caydaq və çəkisinin ağırlığına görə “Qarabağ” qoyunlarından fərqlənir. Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Ana qoyunların çəkisi orta hesabla 75-80 kiloqram, erkəklərinin çəkisi isə 90-100 kiloqrama qədər olur. Yaxşı baxım şəraitində erkəklərin çəkisini 120 və daha yuxarı çəkiyə çatdırmaq olar ki, bunun da 30 kiloqrama qədəri quyruq yağından ibarətdir. “Qaradolaq” qoyunlarının digər xüsusiyyətlərindən biri çox bala verməsi, əkiz doğuma tez-tez təsadüf olunmasıdır. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır.
“Qaradolaq” cinsli damazlıq qoyunçuluq təsərrüfatın sahibi Yusif Əsədov bu qoyunlara tələbatın böyük olduğunu deyir.
“Bu qoyunlar ət və bala veriminə görə digər cinslərdən daha üstündür. Təsərrüfatımızda elə qoçlar var ki, 100 kiloqram əti var. Ana qoyunlar içərisində əkiz və üçəm doğanlar çoxdur. Hər 100 qoyundan 120-130 bala alırıq. Bir ildə 2, 3, bəzən 4 bala verən qoyunlarımız var. Gərək zəhmət çəkəsən. Azərbaycanda bir çox qoyun cinsləri var. Həm ətinin çox və dadlı olmasına, həm də balavermə qabiliyyətinə görə ən üstün sort “Qaradolaq”dır. Odur ki, digər bölgələrdən qoyunçuluqla məşğul olan fermerlər bu qoyunları damazlıq kimi alıb aparırlar”, - deyə təsərrüfat sahibi bildirib.
Yusif Əsədov damazlıq kimi satılan qoyunların qiymətini də açıqlayıb: “Hər yerdən gəlib damazlıq qoyun istəyirlər. Yaşlısını da, cavanını da, toğlunu da, qoçu da alırlar. Qiymətlər də buna görə dəyişir. Yaşlı qoyunu 350-400 manata, cavanları 600-700 manata veririk. Əgər alan özü seçirsə, 1500 manata verirəm”.
Bir neçə aydan sonra yaylaq mövsümü başlayacaq. Qoyun, quzunun səsi yaylaqları bürüyəcək. Yusif Əsədov deyir ki, qoyunlar yaylağa gedəndə həm sağlam olur, həm də balavermə göstəriciləri yüksəlir.
“İki ildir qoyunları Kəlbəcərin Yüzbulaq yaylağına may ayında aparır, avqust ayının axırında qayıdırıq. Təsərrüfatımız yay fəslini aranda qalanda 30 qoyun əkiz doğurdusa, Kəlbəcərə aparanda 60 qoyun əkiz doğur”, – deyə təsərrüfat sahibi bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























