Biznes və istehlak kreditlәrinә tәlәb artıb, ipoteka kreditlәrinə isə azalıb

Mərkəzi Bank tərəfindən 2023-cü ilin IV rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Marja.az xəbər verir ki, sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən, bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Biznes Kreditləri
2023-cü ilin IV rübündә banklar tәrәfindәn verilәn biznes kreditlәri üzrә standartlarda yumşalmanın sәngimәsi müşahidә olunmuşdur. Yumşalmada azalma әsasәn mikro sahibkarlıq subyektlәri üzrә kreditlәrdә müşahidә edilmişdir. İri sahibkarlıq subyektlәrinә verilәn kreditlәrin standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Sorğuya әsasәn banklar növbәti rübdә ümumi biznes kreditlәr üzrә standartlarda yumşalmanın daha da azalacağını, iri sahibkarlıq subyektlәrinә kreditlәr üzrә standartların isә daha da sәrtlәşәcәyini proqnoz edirlәr.
Sorğu nәticәlәrinә әsasәn bank sektorunda biznes kreditlәrinә tәlәb artmışdır. MKOS subyektlәri üzrә tәlәb artımı iri sahibkarlıq subyektlәri ilә müqayisәdә yüksәk olmuşdur. Banklar 2024-cü ilin I rübündә tәlәbdә artım tempinin azalacağını gözlәyirlәr. İri sahibkarlıq subyektlәrinә verilәn biznes kreditlәri üzrә isә tәlәbin dәyişmәyәcәyi , KOS subyektlәri üzrә kredit tәlәbinin daha aşağı tempdә artacağı gözlәnilir.
2023-cü ilin son rübündә biznes kreditlәri üzrә standartlara sәrtlәşdirici tәsir edәn amillәr maliyyәlәşmә dәyәri vә bankın iri kreditorlarının maliyyә vәziyyәtinә dair risklәr olmuşdur. Biznes kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktorlar isә bankın mövcud vә gözlәnilәn likvidlik mövqeyi, digәr banklarla rәqabәt, ümumi iqtisadi gözlәntilәr vә inflyasiya gözlәntilәri olmuşdur. Son rüb әrzindә standartlara tәsir edәn әn sәrtlәşdirici faktor maliyyәlәşmә dәyәri, әn yumşaldıcı faktor isә iqtisadi gözlәntilәr olmuşdur.
İpoteka kreditləri
Kredit fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn hәm daxili hәm dә İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә standartlarda cüzi sәrtlәşmә olmuşdur. Banklar növbәti rüb әrzindә hәm daxili ipoteka, hәm dә İKZF hesabına verilәcәk ipoteka kreditlәri üzrә kredit standartlarında yumşalmaların olacağını proqnoz edirlәr.
2023-cü ilin son rübündә ipoteka kreditlәri üzrә tәlәb azalmışdır. Belә ki, bankların daxili ipoteka kreditlәri üzrә kredit tәlәblәrindә artım müşahidә edilsә dә, İKZF hesabına verilmiş ipoteka kreditlәri üzrә kredit tәlәbindә azalma olmuşdur. Banklar 2024-cü ilin ilk rübündә ipoteka kreditlәrinә tәlәbin artacağını proqnozlaşdırırlar (әsasәn İKZF kreditlәri üzrә).
Biznes kreditlәrindә olduğu kimi ipoteka kreditlәrindә dә maliyyәlәşmә dәyәri kredit standartlarına sәrtlәşdirici tәsir göstәrәn faktor olmuşdur. Son rüb әrzindә ipoteka kreditlәri üzrә standartlara yumşaldıcı tәsir edәn faktor әhalinin ödәmә qabiliyyәtinә dair gözlәntilәr vә ümumi iqtisadi gözlәntilәr olmuşdur. Ümumilikdә, son rübdә kredit standartlarına tәsir göstәrәn faktorların tәsirinin azalması müşahidә edilmişdir.
İstehlak kreditləri
Sorğunun nәticәlәrinә әsasәn 2023-cü ilin son rübündә cәmi istehlak kreditlәri üzrә kredit standartlarında yumşalma olmuşdur. Yumşalma әmәkhaqqı kreditlәri üzrә standartlarda müşahidә edilmişdir. Kredit kartları vә mәişәt avadanlıqlarının alınması üzrә kredit standartlarında isә dәyişiklik müşahidә edilmәmişdir. Banklar 2024-cü ilin ilk rübündә cәmi istehlak kreditlәri üzrә standartlarda yumşalmanın davam edәcәyini proqnoz edirlәr.
Sorğuya әsasәn әhalinin istehlak kreditlәrinә artmaqda davam etmişdir. Mәişәt avadanlıqlarının alınması üzrә kreditlәrә tәlәbdә artım tempi aşağı olsa da, kredit kartlarına vә әmәkhaqqı kreditlәrinә tәlәbin artım tempi yüksәkdir. Banklar 2024-cü ilin ilk rübündә әhalinin istehlak kreditlәrinә tәlәbinin artacağı qәnaәtindәdirlәr. Tәlәbin bütün komponentlәr üzrә artacağı proqnozlaşdırılır.
Sorğu nәticәlәrinә әsasәn banklarla rәqabәt kredit standartlarına yumşaldıcı, digәr qalan bütün faktorlar isә sәrtlәşdirici tәsir göstәrmişdir. Kredit standartlarına tәsir göstәrәn әn sәrtlәşdirici faktor mövcud vә gözlәnilәn likvidlik mövqeyi olmuşdur.
Kreditlәşmә fәaliyyәtinә dair sorğunun IV rüb üzrә nәticәlәrinә әsasәn әhalinin borclanma sәviyyәsindә ciddi artım müşahidә edilmәmişdir. Belә ki, respondent bankların 74%-i әhalinin borclanma sәviyyәsindә dәyişiklik olmadığını, 26%-i isә orta dәrәcәdә artım olduğunu bildirmişdir. Әhalinin borclanma sәviyyәsinә görә uzunmüddәtli diffuziya indeksi üzrә 2022-ci ilin sonundan davam edәn azalma 2023-cü ilin son rübündә 4 f.b artaraq 17% tәşkil etmişdir.
Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə daha ətraflı buradan tanış ola bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 d. əvvəl
AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
-
26 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
27 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
39 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
56 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
Son Xəbərlər

AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur
