“PAŞA Holding”in şəhid ailələrinə bayram sovqatları çatdırılır
(®) “PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Novruz Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.
2023-cü ildən etibarən PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir.
Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Novruz Bayramı münasibəti ilə təqdim edilən sovqatlar 1 mart tarixindən etibarən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib ki, hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
1 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
-
2 saat əvvəl
Xarici ölkələrə 158 min ton satılıb, 175 milyon dollar gəlir götürülüb
-
3 saat əvvəl
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
-
3 saat əvvəl
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
Dekabrın 23-də gözlənilən hava şəraiti
Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
























