BioNTech şirkətinin gəlirləri 2023-cü ildə 78 faiz azalıb
Alman biotexnologiya şirkəti BioNTech, Covid-19 peyvəndinə tələbin azalması və diqqətin xərçəng dərmanlarının inkişafına yönəlməsi səbəbindən gəlirlərinin 2023-cü ildə əvvəlki ilə nisbətən 78 faiz azaldığını bildirib.
Almaniya şirkəti BioNTech keçən il və son rüb üçün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin 2023-cü ildə xalis mənfəəti əvvəlki ilə nisbətən 90% azalaraq 930,3 milyon avroya düşüb. BioNTech 2022-ci ildə 9 milyard 434 milyon avro mənfəət əldə etdiyini açıqlamışdı.
Şirkətin gəlirləri ötən il 2022-ci illə müqayisədə 78 faiz azalaraq 3 milyard 819 milyon avroya düşüb. BioNTech 2022-ci ildə 17,31 milyard avro gəlir əldə edtmişdi.
Şirkət tənzimləyicilərin qərarlarından və Covid-19 peyvəndinin alınmasından asılı olaraq bu il gəlirlərinin 2,5-3,1 milyard avro olmasını hədəfləyir.
Bu il şirkətin Ar-Ge xərclərinin 2,4-2,6 milyard avro olacağı təxmin edilir.
BioNTech-in keçən ilin dördüncü rübündə xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80 faiz azalaraq 457,9 milyon avro olub.
BioNTech-in baş direktoru və həmtəsisçisi Professor Uğur Şahin şirkətin ötən il Covid-19 peyvəndi bazarında lider mövqeyini qoruduğunu və müxtəlif ortaqlıqlara girərək onkologiya sahəsində əsas səriştələrini gücləndirdiyini və bir çox klinik irəliləyişlər əldə etdiyini qeyd edərək əlavə edib: “Məqsədimiz 2030-cu ilə qədər onkologiyada 10 məhsul təsdiqini əldə etmək və bununla da bütün dünyada xəstələr üçün müalicə variantlarını təkmilləşdirməkdir",
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
