"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir
"Gardashlar Mebel" Azərbaycana metal-mebel idxalına qarşı yerli istehsala çağırış edir.
Şirkətin yaydığı məlumatda bildirilir:
Azərbaycanda son illər metal-mebel idxalında böyük artım müşahidə olunur. Təkcə, 2023-cü ildə Azərbaycana metal mebellər idxalı 5 milyon manatı ötmüşdür. Bu vəziyyət qarşısında yerli istehsalı təşviq etmək və Azərbaycan iqtisadiyyatını gücləndirmək üçün biz yerli metal mebel istehsalçıları olaraq Azərbaycanın öz istehsalı olan metal mebellərdən faydalanmasını təklif edirik. İnanırıq ki, bu addım Azərbaycanın iqtisadi müstəqilliyinə və yerli sənayesinin inkişafına dəstək olacaq. Gardashlar Mebel olaraq Sifarişçiləri bu addımın Azərbaycan iqtisadiyyatına müsbət təsirlərini görmək üçün birlikdə hərəkət etməyə dəvət edirik.
Yerli istehsalın təşviqi Azərbaycan iqtisadiyyatına çoxlu faydalar gətirə bilər. Bunlara yerli iş imkanlarının artırılması, xarici ticarət balansının yaxşılaşdırılması, vergi daxilolmalarının artırılması və iqtisadi sabitliyin möhkəmləndirilməsi daxildir.
Gardashlar Mebel olaraq Azərbaycanın metal - mebel idxalına qarşı yerli istehsalın əhəmiyyətini vurğulamaq istərdik. Eyni zamanda, fabrikimizdə metal-mebel istehsalı üzrə ixtisaslaşmış bir komandanın olması ilə yerli istehsalın gücünü önə çıxarmaq bizim üçün qürurludur. Metal masalar, şkaflar, anbar stellajları, tullantı qabları, iş dəzgahları, hərəkətli fayl dolabları, odadavamlı seyflər, qapılar və s. metal mebel məhsullarımız var. Müasir dizayn yanaşmamız, erqonomik xüsusiyyətlərimiz və davamlı materiallarla müştərilərimizə həm estetik, həm də praktik həllər təqdim edirik.Fabrikimiz metal mebel istehsalı üzrə müasir avadanlıqlarla təchiz edilmişdir. Təcrübəli komanda və texnologiyaya sərmayə qoyaraq yüksək keyfiyyətli metal mebel istehsalını təmin edirik. Hər mərhələdə keyfiyyətə nəzarət edərək müştərilərimizə etibarlı və davamlı məhsullar təqdim etməyi hədəfləyirik.
Çağırışımızın məqsədi yerli istehsalın və metal mebel sənayesinin inkişafına töhfə verməkdir. Sizlərlə birgə əməkdaşlıq və tərəfdaşlıq imkanları vasitəsilə güclü gələcək qurmağı səbirsizliklə gözləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








