Ayda neçə dəfə işdən icazə almaq olar?
Çox az adam tapılar ki, şəxsi işləri ilə əlaqədar iş yerindən icazə almasın. İşdən bir neçə saatlıq, hətta bir neçə günlük icazə istəyənlər olur.
Bəs, qanunla işdən hansı müddətə icazə almaq olar?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov məsələ ilə bağlı bildirib ki, Əmək Məcəlləsinin 128-ci maddəsinə görə, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə-məişət və başqa sosial məsələlərin təxirəsalınmadan həll etmək, təhsil almaq, yaradıcılıq, elmi işlə məşğul olmaq üçün, habelə fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçilərin öz hesabına, yəni ödənişsiz məzuniyyətdən istifadə hüququ var. Bu göstərilən səbəblərdən biri baş verdiyi halda işçi işəgötürənə müraciət edərək ödənişsiz məzuniyyət götürə bilər.
Ümumilikdə isə Əmək Məcəlləsinə görə, ödənişsiz məzuniyyətlər işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:
- Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq 4 yaşına çatanadək;
- Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 günədək;
- 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 günədək;
- Orqanizmin funksiyalarının pozulması faizindən və səbəbindən asılı olmayaraq əlilliyi olan işçilərə - bir ayadək;
- Müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 günədək;
- Ölkənin ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə - 14 günədək;
- İmmunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərə - 14 günədək;
- Doktoranturada təhsil alan işçilərə - 1 ayadək;
- Ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 gün, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 gün;
- Ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - tibb müəssisəsinin rəyi ilə 14 günədək;
- Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 günədək.
Həmçinin işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, işçiyə müddəti 6 aydan çox olmayaraq ödənişsiz məzuniyyət verilə bilər.
Bir sözlə, qanunvericilikdə qeyd edilənlər istisna olmaqla işdən icazə almaqla bağlı müddəa yoxdur. Yəni, nə icazə istəmək, nə də icazə verməklə bağlı məsələ qanunda nəzərdə tutulmayıb. Bu baxımdan işçiyə ay ərzində nə qədər icazə verilib-verilməməsi ilə bağlı norma da mövcud deyil. Lakin təcrübədə icazə alaraq işdə olmamasına rəğmən işçilərə bu müddət üçün əməkhaqqı ödənilməsi halları olur ki, bu da işəgötürənin ixtiyarındadır.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
5 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
6 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!















.jpg)






