Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
ADY yükdaşımaların təhlükəsiz təşkili üçün lokomotiv parkını sağlamlaşdırır“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə "Kamkor Lokomotiv" müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb. Adıçəkilən TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.
Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.
Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.
Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.
Lokomotivlərin təmiri üzrə həyata keçirilən işlərin davamı olaraq, 2024-cü il ərzində Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya göndəriləcək 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
-
- 16 d. əvvəl
- 17 d. əvvəl
-
23 d. əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
37 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 43 d. əvvəl
-
53 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
1 saat əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub























