Kapital Bank-ın baş sponsorluğu ilə keçirilən Respublika Fənn Olimpiadaları yekunlaşdı
(®) Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadaları başa çatıb. Ümumilikdə 62 mindən çox şagirdin qeydiyyatdan keçdiyi olimpiadalar 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar.
24 fevral 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu turda ümumilikdə 10 997 şagird iştirak etmək hüququ qazanıb. 28 aprel-7 may 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən final turunda isə bu mərhələyə qatılan 1000-ə yaxın şagirddən 490 nəfəri qalib olub. Olimpiadanın nəticələri portal.edu.az platforması üzərindən elan edilib.
Təhsilə dəstək Kapital Bank-ın strateji planının bir hissəsidir. Məktəblilərin motivasiyası bu istiqamətdə xüsusi yer tutur. Bank bu kimi layihələrə dəstək olmaqla istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməyi hədəfləyir. Artıq 7-ci təhsil ilidir bu layihəyə sponsorluq edən Kapital Bank-ın məqsədi şagirdləri ali təhsil almağa motivasiya etmək və uğurlu təhsil həyatının ardından onları əmək bazarına peşəkar mütəxəssis olaraq qazandırmaqdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc .
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
18 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
20 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























