Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
(®) 30 tələbə Norm Sement zavodunda 2024-cü ilin “İstehsalat Təcrübəsi Proqramı”nı uğurla başa çatdırıb.
Bu münasibətlə zavodda proqramın bağlanış mərasimi keçirilib. Mərasimdə Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzinin nümayəndələri iştirak ediblər.
Mərasim boyunca təcrübəçilərin, eləcə də Bakı Mühəndislik Universitetinin Təcrübə şöbəsinin rəhbəri Həzi Qasımovun, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzinin Tədris üzrə direktor müavini Xalidə Hümbətovanın, Azərbaycan Dövlət İqtisad Universitetinin Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadənin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Rəşid Rəcəbin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Təcrübə üzrə mütəxəssisi Zümrüd Hüseynovanın çıxışları olub.
Ötən ilin noyabr ayında elan olunan proqrama 400-ə yaxın sonuncu kurs tələbəsi müraciət etmişdi. Onlardan 100-ə yaxın tələbə müsahibə əsaslı müsabiqə mərhələsinə dəvət olunmuşdular. Bütün mərhələləri uğurla tamamlayan 30 tələbə ixtisaslarından asılı olaraq, 1 aydan 3 aya kimi Norm Sement zavodunda təcrübə keçmək imkanı əldə etmişdi. Həmçinin, Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsili Mərkəzi ilə birlikdə təşkil olunan “SƏTƏM və Ekologiyanın” əsasları adlı təlim proqramını uğurla başa çatdırmış 7 tələbə bu ilin fevral – iyun aylarında zavodda təcrübə keçmək şansı qazanmışdı.
Qeyd edək ki, “Norm” ASC gənclərin inkişafına dəstək göstərmək məqsədilə hər il müxtəlif layihələr həyata keçirir. Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


