“Hansısa sığorta şirkətinin bazarı tərk etməsini gözləmirik ”
Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların maliyyə göstəriciləri Mərkəzi Bankın (AMB) prudensial tələblərinə tam uyğundur.
Bu barədə açıqlamasında AMB-nin baş direktoru Ziya Əliyev deyib.
Onun sözlərinə görə, maliyyə göstəricilərində olan uyğunsuzluğa, məcmu kapitalın çatışmazlığı ilə bağlı hər hansı bir hal yoxdur: “Bu səbəbdən də hansısa sığortaçının bazarı tərk etməsini gözləmirik. Çünki bunun üçün səbəb yoxdur".
Z. Əliyev qeyd edib ki, sığorta bir biznes sahəsidir və orada səhmdarlar biznesin inkişafı ilə bağlı qərarı özləri verirlər: “Biznesin davam etdirilməsi və ya bazardan çıxması ilə bağlı səhmdarların qərarları ola bilər. Bizim bazar da digər ölkələrdəki kimi bu hallarla qarşılaşa bilər. Bu, normaldır və hər zaman baş verə bilər".
Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azalıb. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib.
Bu il isə “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Prezident İlham Əliyevin fərmanı əsasında AMB tərəfindən fevralın 14-də lisenziyası ləğv edilib.
Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 17-ə düşüb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


.jpg)



