Kanada Çin istehsalı elektrik avtomobillərinə tariflər tətbiq etməyə hazırlaşır
Ottava Çin istehsalı olan avtomobillərin Şimali Amerika ölkəsinin bazarını tuta biləcəyindən narahatdır.
Kanada hökuməti ABŞ və Avropa İttifaqından sonra Çindən elektriklə işləyən avtomobillərin idxalına tariflər tətbiq etməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo hökuməti Qərb ölkələrinin təzyiqləri fonunda ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər.
Agentliyin məlumatına görə, 2023-cü ildə Vankuver limanına Çin istehsalı olan təxminən 44 400 avtomobil göndərilib ki, bu da əvvəlki rəqəmlərdən 5 dəfə çoxdur. “Bloomberg” yazır ki, hökumət Çin elektromobillərinin Kanada bazarını ələ keçirə biləcəyindən narahatdır.
"Canadian Press" daha əvvəl məlumat vermişdi ki, Kanada hakimiyyəti ABŞ-dan sonra Çindən gələn elektrik avtomobillərinə əhəmiyyətli rüsumlar tətbiq edə bilər. Qeyd edilmişdi ki, Ottava artıq bu məsələni nəzərdən keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
5 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
