"Fransa Frexit astanasındadır"
Keçmiş Avropa İttifaqının (Aİ) Brexit üzrə baş müzakirəçisi Mişel Barnier Fransa prezidenti Emmanuel Makronun ölkəsini Aİ-dən çıxmaq mənasını verən “Frexit” astanasına gətirdiyini bildirib.Keçmiş Avropa İttifaqının (Aİ) Brexit üzrə baş müzakirəçisi Mişel Barnier Britaniyanın “The Telegraph” qəzetinə, Fransa Prezidenti Emmanuel Makronun, ölkəsində ifrat sağçıların Avropa Parlamenti seçkilərində böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarı ilə bağlı açıqlama verib.
"Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı olan Brexit-dən dərs alınmasa, digər ölkələrin də Aİ-dən çıxa biləcəyinə dair xəbərdarlıq" edən Barnier, Makronun bunu nəzərə almadığını və ölkəni "Frexit" həddinə çatdırdığını iddia edir.
Ölkəsi Fransanı AB Komissiyasında təmsil etmiş və AB adından Brexit danışıqlarını aparmış Barnier, “ölkəsində miqrasiya, təhlükəsizlik vəziyyəti, dövlət hakimiyyəti, ölkənin ən yoxsul təbəqələrinə hörmət və inkişafla bağlı xəbərdarlıqlara məhəl qoyulmamasından" təəssüflənir.
Çox yoxsul bölgələrdəki insanların nə düşündüklərinin nəzərə alınması lazım olduğunu vurğulayan Barnier, bu vəziyyətin Britaniyanın Brexit səsverməsinə böyük təsir etdiyini və eyni şeyin Fransada da ola biləcəyini deyib.
İfrat sağçı Milli Ralli (RN) partiyasının liderlər iJordan Bardella və Marine Le Penin "anti-Avropa" olduqlarını iddia edən Barnier, "onların anti-Avropa niyyətlərinə arxayın olmamaq" barədə xəbərdarlıq edib.
Böyük Britaniyadakı referendumdan sonra İngilis seçicilərin "Avropa köləliyindən" qurtulmalarını təriflədiklərini xatırladan Barnier, referendumun nəticəsini "Berlin divarının yıxılmasından bu yana ən əhəmiyyətli an" olaraq xarakterizə etdiyini deyib. O, "Düşünürəm ki, Le Pen hələ də eyni fikirdədir. Cavabım, heç bir aqressiya, qisas və ya məmnunluq hissi olmadan demək olar ki, Brexit-dən sonra İngiltərədə baş verənlərə baxın" deyib.
Makronun parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək qərarını “çox riskli” adlandıran Barnier qeyd edib ki, ifrat sağçıların seçkilərdə yeni mütləq çoxluq əldə etmə imkanları ilə bağlı çox diqqətli olmaq lazımdır.
Fransada keçirilən Avropa Parlamenti seçkilərində RN 31,37 faiz səslə böyük fərqlə birinci, prezident Makronun partiyası Rönesans isə 14,60 faiz səslə ikinci olub.
AP seçkilərinin nəticələrinin açıqlanmasından sonra Makron iyunun 9-da parlamenti buraxmaq və 30 iyun-7 iyul tarixlərində növbədənkənar seçkilər təyin etmək qərarına gəldiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)





.jpg)




