Türkiyə Çinin avtomobil nəhəngi ilə müqavilə imzaladı - 1 MİLYARDA ZAVOD TİKİLƏCƏK
BYD beynəlxalq varlığını daha da genişləndirmək üçün Türkiyədə elektrikli avtomobil (EV) zavodu inşa edəcək. Çinin yeni enerji nəqliyyat vasitələri (NEV) istehsalçısı iyulun 8-də Türkiyə hökuməti ilə investisiya əməkdaşlığı sazişi imzalayıb. BYD, 2026-cı ilin sonuna qədər istehsala başlayacaq və illik 150 000 ədəd gücündə olacaq zavodun tikintisi üçün Türkiyəyə təxminən 1 milyard dollar sərmayə qoyacaq.
Çinin elektrik avtomobil istehsalçısı BYD ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında investisiya müqaviləsi imzalanıb. Nazirlikdən verilən açıqlamaya görə, razılaşma çərçivəsində 1 milyard dollar investisiya ilə BYD-nin Türkiyədə illik 150 min ədəd gücü olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi, araşdırma və inkişaf mərkəzi qurulması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, Çinin avtomobil nəhəngi ilə müqavilə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Dolmabahçe İş Ofisində sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb.
Razılaşma çərçivəsində BYD-nin Türkiyədə illik 150 min ədəd avtomobil gücü olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi, araşdırma və inkişaf mərkəzi qurulacaq. Bu məqsədlə 1 milyard dollar investisiya yatırılacaq.
2026-cı ilin sonunda istehsala başlanması planlaşdırılan zavodda 5 min nəfərə qədər insanın birbaşa məşğulluğunun təmin edilməsi planlaşdırılır.
BYD-nin yaydığı açıqlamada, "Türkiyənin inkişaf edən texnologiya ekosistemi, güclü təchizatçı bazası, yerləşdiyi coğrafi mövqe və ixtisaslı işçi qüvvəsi kimi unikal üstünlükləri sayəsində BYD-nin bu yeni istehsal müəssisəsinə sərmayə qoyması markanın istehsal imkanlarını və logistika səmərəliliyini daha da artıracaq. Biz regionda yeni enerji vasitələrinə artan tələbatı ödəməklə Avropadakı istehlakçılara çatmağı hədəfləyirik”,- deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
4 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
