Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycan Kredit Bürosu" 5 il ərzində 177 milyon sorğu qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan Kredit Bürosu" 5 il ərzində 177 milyon sorğu qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Kredit Bürosu" MMC (AKB) fəaliyyətdə olduğu 2018-2023-cü illərdə 177,4 milyon ədəd sorğu qəbul edib.

Məlumata görə, bunun 172,1 milyonu adi (o cümlədən 139,6 milyonu toplu), 5,3 milyonu isə skorinq sorğusu olub.

Təkcə ötən il isə AKB-yə 53,5 milyon adi, o cümlədən 41 milyon toplu sorğu daxil olub ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 2,2 dəfə və 2,4 dəfə azdır. İl ərzində Büronun qəbul etdiyi skorinq sorğularının sayı isə 6,6 dəfə azalaraq 0,7 milyona düşüb.

Xatırladaq ki, "Azərbaycan Kredit Bürosu" 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.

© "Report"

12.07.2024 09:39
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18