Amazon 7,2 milyard dollarla satış rekordu qırıb
Minlərlə məhsula yüksək endirimlər tətbiq edilən "Prime Day" kampaniyasının ilk günündə Amazon şirkəti tarixindəki satış rekordunu yeniləyərək ABŞ-da 7,2 milyard dollarlıq satış həcminə çatıb. Adobe Analytics-in məlumatlarına görə, ilk gündə ABŞ-da bu kampaniya üzrə xərclər illik müqayisədə 11,7 faiz artıb. Keçən il "Prime Day" kampaniyasının ilk günündə 6,4 milyard dollarlıq alış-veriş edilmişdi. Tədbirin ikinci günündə ümumi satış həcminin 14 milyard dolları keçərək yeni rekorda çatması gözlənilir.
Amerika texnologiya nəhəngi Amazon, minlərlə məhsula yüksək endirimlər tətbiq etdiyi "Prime Day" kampaniyasının ilk günündə şirkət tarixində satış rekordu qıraraq 7,2 milyard dollarlıq satış həcminə çatıb.
Marja.az "Adobe Analytics"in məlumatlarına istinadən xəbər verir ki, "Amazon Prime Day" endiriminin ilk günündə istehlakçı xərcləri illik müqayisədə 11,7 faiz artıb.
Bu il Amazon "Prime Day" kampaniyasını ABŞ-ın bir çox ştatında keçirir.
“Amazon-un 2 gündə 14 milyard dollarlıq satış həcminə çatacağı gözlənilir”
"Adobe Report"a görə, istehlakçılar "Prime Day 2023"ün ilk günündəki 6,4 milyard dollara qarşı "Prime Day 2024"ün ilk gündə 7,2 milyard dollar xərcləyiblər.
Çərşənbə axşamı, "Prime Day "tədbirinin ilk günü ABŞ-da ilin ən böyük e-ticarət satış günü olduğu bildirilib. İstehlakçıların mobil cihazlara 3,5 milyard dollar xərclədiyi ilin ən böyük mobil cihaz alış-verişi günü olub. "Adobe Analytics"in hesabatlarına görə, iki gün davam edən tədbir zamanı onlayn xərclər illik müqayisədə 10,5 faiz artaraq rekord 14 milyard dollar təşkil edəcək.
Adobe, "İndi al, sonra ödə" təklifinin illik 17,1 faiz artım və 540 milyon dollar satış təmin etdiyini açıqlayıb.
2023-cü ilin iyun ayındaki satışlarla müqayisədə qulaqlıq və Bluetooth kateqoriyası 164 faiz, elektronika 33 faiz, televizor satışı isə 83 faiz artıb. "Prime Day 2024"də indiyə qədər orta sifariş məbləği 60,03 dollar təşkil edib. Müqayisə üçün, son iki ilin (2022 və 2023) "Prime Day"ində orta sifariş məbləği müvafiq olaraq 56,64 və 53,14 dollar olub.
Hesabatda yüksək satış rəqəmlərinin qiymət artımı ilə deyil, yeni tələblə bağlı olduğu bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
