Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
(®) Ölkəmizin aparcı banklarından biri olan Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu (SİF) 22 iyul - Milli Mətbuat Günü ərəfəsində ölkənin aparıcı media nümayəndələri üçün ənənəvi press-tur təşkil edib.
2 gün davam edən press-tur çərçivəsində mətbuat nümayəndələri SİF və Bank Respublika dəstəyi ilə Lənkəranda sahibkarlıq fəaliyyəti göstərən müəssisə və təsərrüfatlarla tanış olublar.
Media nümayəndələri ilk öncə Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan “La Ran” müəssisəsinin fəaliyyəti ilə tanış olub. Qeyd edilib ki, müəssisədə istehsal edilən 5 növdə və 56 çeşiddə qənnadı məhsulları daxili bazarla yanaşı, "Made in Azerbaijan" brendi altında bir çox xarici ölkəyə ixrac olunur.
Daha sonra media nümayəndələri “Lenk Fruit” MMC-nin Lənkəran rayonunun Separadi kəndində salınmış sitrus bağlarında olublar. Görüşdə bildirilib ki, təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Avropa bazarlarına da ixrac edilir.
Səfər çərçivəsində “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov media nümayəndələri ilə görüşüb. Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edən Bankın sədri, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Görüşdə həmçinin, Bank Respublika-ın son illərdə əldə etdiyi uğurlu nəticələr haqda ətraflı məlumat verilib, SİF ilə uğurlu əməkdaşlıq sayəsində ölkəmizdəki sahibkarlara verilən dəstəkdən söz açılıb. Səmimi şəraitdə keçən görüşdə Bankın sədri media nümayəndələrinin suallarını cavablandırıb və belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


