Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı
Yeddi aylıq fasilədən sonra Rusiya Mərkəzi Bankı faiz dərəcəsini illik 16%-dən 18%-ə qaldırıb. Bnak, inflyasiya proqnozunu yüksəldib və pul siyasətini daha da sərtləşdirməyə hazır olduğunu açıqlayıb.Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 2 faiz bəndi artıraraq 18%-ə qaldırıb.
Marja.az xəbər verir ki, bu, son 7 ayda ilk faiz artımıdır. Ötən ilin dekabrından bu yana uçot dərəcəsi 16% səviyyəsində qalırdı.
Ekspertlər də uçot dərəcəsinin 18%-ə yüksələcəyini gözləyirdilər.
Son aylar Rusiyada inflyasiya yenidən sürətlənib. Rusiya Mərkəzi Bankı pul siyasətini daha da sərtləşdirməyə hazır olduğunu açıqlayıb.
“İnflyasiya sürətlənib və Rusiya Bankının aprel proqnozundan xeyli yüksəkdir. Daxili tələbin artımı mal və xidmətlərin təklifinin genişləndirilməsi imkanlarını əhəmiyyətli dərəcədə üstələməkdə davam edir. İnflyasiyanın yenidən azalmağa başlaması üçün pul siyasətinin əlavə sərtləşdirilməsi və inflyasiyanın hədəfə qaytarılması, əvvəllər nəzərdə tutulduğundan əhəmiyyətli dərəcədə sərt monetar şərtlər tələb edir”, - deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası inflyasiya və orta uçot dərəcəsi ilə bağlı ortamüddətli proqnozlarını yeniləyib.
Tənzimləyici 2024-cü il üçün inflyasiya proqnozunu əvvəlki 4,3-4,8% aralığından 6,5-7% aralığına qaldırıb. Tənzimləyicinin proqnozuna görə, inflyasiya 2025-ci ildə 4-4,5%-ə düşəcək və gələcəkdə 4%-ə yaxın qalacaq. Əvvəllər Mərkəzi Bank daha əminliklə “inflyasiyanın 2025-ci ildə hədəfə qayıdacağını” proqnozlaşdırırdı.
Orta uçot dərəcəsi üzrə proqnoz 2024-cü il üçün 15-15%-dən 16,9-17,4%-ə, 2025-ci il üçün isə 10-12%-dən 14-16%-ə yüksəldilib.
“Ev təsərrüfatlarının gəlirlərində əhəmiyyətli artım və inamlı istehlakçı əhval-ruhiyyəsi fonunda istehlak aktivliyi yüksək olaraq qalır. Güclü investisiya tələbi həm fiskal stimul, həm də güclü korporativ mənfəətlə dəstəklənir. Rusiya iqtisadiyyatının tarazlaşdırılmış artım trayektoriyasından yuxarıya doğru sapması azalmır”, – Mərkəzi Bank qeyd edib.
Rusiyada kadr çatışmazlığı səbəbindən maaşlar inflyasiya hədəfi olan 4% ilə uyğun gəlməyən dərəcələrdə artmaqda davam edib. Həmçinin yüksək faiz dərəcələrinə baxmayaraq, kreditləşmə artmaqda davam edib. Bu, xüsusilə ipoteka proqramlarında özünü büruzə verib.
Rusiya Mərkəzi Bankının növbəti iclası 13 sentyabr 2024-cü il tarixində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 saat sonra
- 3 d. əvvəl
-
20 d. əvvəl
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
-
26 d. əvvəl
Azərbaycanın ixracında neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi cüzi azalıb
- 28 d. əvvəl
- 38 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
“Müflisləşmə və iflas haqqında” qanun yenidən işlənilir: əsas yeniliklər - MÜSAHİBƏ
Azərbaycan neftinin son qiyməti
Toyota 55 mindən çox avtomobili geri çağırır
Ən çox oxunanlar
bp Castrol-u satır: 65 faizlik pay üçün 6 milyard dollar
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti tarixdə ilk dəfə 4500 dolları keçdi
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək

















