Gəlirləri azalan və zərər edən Intel, ixtisara gedəcəyini açıqlayıb
Çip istehsalçısı Intel bildirib ki, pul itirdiyi üçün işçi qüvvəsinin 15%-dən çoxunu, təxminən 17 min 500 nəfəri ixtisar edəcək.
Dünyanın ən böyük çip istehsalçılarından biri olan Intel-in balans hesabatı şirkətin gəlirlərinin ikinci rübdə azaldığını göstərib.
Marja xəbər verir ki, Intel-in gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz azalaraq 12,8 milyard dollara düşüb. Şirkət ötən ilin eyni dövründə 12,9 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
Intel-in bu dövrdəki gəliri bazar proqnozunu doğrultmayıb. Proqnoz şirkətin gəlirinin 12,94 milyard dollar olacağı idi.
Keçən ilin ikinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edən Intel, bu ilin eyni dövründə 1,6 milyard dollar zərər etdiyini bildirib.
Çip istehsalçısının eyni dövrdə səhmbaşına zərəri 38 sent olub. Intel ötən ilin ikinci rübündə səhmbaşına 35 sent mənfəət əldə etdiyini açıqlamışdı.
Intel tərəfindən, işçilərin sayının 15 faizdən çox (təxminən 17 min 500 nəfər) azaldılması da daxil olmaqla, xərclərin hərtərəfli azaldılmasının planlaşdırıldığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
17 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
17 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
